RU

Qırğızıstanda Mədəniyyətlərarası ilk Gənclər Düşərgəsi keçirilib (FOTO)

Bakı. Trend:

Qırğızıstanın İssık-Kul gölünün sahilində AzərbaycanRespublikasının Diasporlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi vəQırğız Respublikası Azərbaycanlılarının "Birlik" İctimai Birliyinintəşkilatçılığı ilə Mədəniyyətlərarası ilk Gənclər Düşərgəsikeçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, düşərgədə hər ikiölkədən nümayəndələr, o cümlədən Qırğızıstan Xalq Assambleyasınınüzvləri yer alıblar.

Bildirilib ki, bu düşərgənin əsas məqsədi Azərbaycan və Qırğızxalqlarının tarixini, dilini və adət-ənənələrini tanıtmaq,interaktiv fəaliyyətlər vasitəsilə qarşılıqlı anlaşmanımöhkəmləndirmək və çoxdilli, yaradıcı mühitdə ortaq layihələrəzəmin yaratmaq olub.

Düşərgədə qırğız, Azərbaycan və rus dillərində ünsiyyətimkanları genişləndirilib. İştirakçılar xalq rəqsləri və musiqidəntutmuş müasir incəsənət layihələrinədək müxtəlif sahələrdə birgəyaradıcılıq fəaliyyətinə cəlb olunublar.

Tədbirin proqramı “Rux-Ordo” kompleksinə səfər, tonqal ətrafındakeçirilən axşamlar, rəqs yarışları və göl sahilində təşkil olunangəzintiləri əhatə edib.

“Biz gənclərin bir-birinin mədəniyyətinə böyük marağına,ünsiyyət üçün səmimi istəyinə şahid olduq. Gənclərin belə həvəsləiştirakı millətlərarası harmoniyanın möhkəmləndirilməsi vəhumanitar əlaqələrin inkişafı üçün bu cür layihələrə ehtiyacolduğunu təsdiqləyir", - deyə Qırğız RespublikasıAzərbaycanlılarının "Birlik" İctimai Birliyinin rəhbəri XansıvarBaxşəliyev bildirib. O, həmçinin Azərbaycan RespublikasınınDiasporlarla İş üzrə Dövlət Komitəsinə, Qırğızıstanın Mədəniyyət,İnformasiya və Gənclər Siyasəti Nazirliyinə, Dövlət Dili və DilSiyasəti üzrə Milli Komissiyasına və Qırğızıstan XalqAssambleyasına tədbirin təşkilinə göstərdikləri dəstəyə görətəşəkkür edib.

Panel iclasında mədəniyyət, informasiya və gənclər siyasətinazirinin müavini Marat Taqayev, Dövlət Dili və Dil Siyasəti üzrəMilli Komissiyanın sədri Melis Murataliyev, AzərbaycanRespublikasının Diasporlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiriƏli Baytalov çıxış ediblər.

İssık-Kul sahilində reallaşan bu layihə iki ölkənin yeninəslinin gələcək görüşləri, yaradıcı əməkdaşlığı və uzunmüddətlimünasibətləri üçün sağlam zəmin formalaşdırıb.

Təşkilatçılar bu təşəbbüsün ənənəyə çevriləcəyinə və gələn ildaha geniş miqyasda keçiriləcəyinə ümidvar olduqlarınıbildiriblər.

Tədbirin sonunda iştirakçılara Təşəkkürnamə təqdim edilib.

Qırğızıstanda
Qırğızıstanda
Qırğızıstanda
Qırğızıstanda
Qırğızıstanda
Qırğızıstanda
Qırğızıstanda
Qırğızıstanda
Qırğızıstanda
Qırğızıstanda
Qırğızıstanda
Избранный
12
3
az.trend.az

4Источники