RU

Pentaqon ABŞ Meksika sərhədi boyunca daha iki hərbi bufer zonası yaradacaq

Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.

Pentaqon Meksika ilə sərhəd boyunca daha iki hərbi bufer zonası yaradacaq.

“Report” xəbər verir ki, bu barədə ABC telekanalı ölkənin Hərbi Hava Qüvvələrinin bəyanatına istinadən bildirib.

"ABŞ Müdafiə Nazirliyi ABŞ-nin Meksika ilə cənub-qərb sərhədi boyunca daha iki hərbi bufer zonası yaradır", - telekanalın materialında deyilir.

Bufer zonalarında işləyən hərbçilər hüquq-mühafizə funksiyalarını yerinə yetirmirlər, lakin pozucuları ABŞ Gömrük və Sərhəd Xidməti (CBP) əməkdaşlarına təhvil verilənə qədər müvəqqəti saxlaya bilərlər.

Beləliklə, ABŞ hərbçilərinin sərhədi pozan qanunsuz miqrantları müvəqqəti saxlaya biləcəyi milli müdafiə zonaları adlanan ərazilərin sayı dördə çatır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
44
50
sherg.az

10Источники