RU

"WhatsApp" reklamlarını idarə etmək mümkün olacaq?

Bir neçə gün əvvəl "WhatsApp"da reklamların "yeniləmələr" bölməsində görünəcəyinə dair ilk məlumatlar yayımlanmışdı. 

News24.az xəbər verir ki, beta versiyada aşkar edilən yeni xüsusiyyətə əsasən, istifadəçilərə "WhatsApp"da göstəriləcək reklamları nəzarətdə saxlamaq üçün xüsusi bir idarəetmə səhifəsi təqdim olunacaq.

Bu idarəetmə vasitəsilə istifadəçilər:

Onlara göstərilən reklamların siyahısını görə biləcəklər,

Reklamverənləri müəyyənləşdirə biləcəklər,

İstəmədikləri reklam mənbələrini filtrdən keçirə və bloklaya biləcəklər.

“Meta”dan hələlik rəsmi açıqlama yoxdur

Hazırda xüsusiyyət inkişaf mərhələsindədir və "Meta" şirkəti bu dəyişikliklərlə bağlı rəsmi açıqlama yaymayıb. Ona görə də reklamların nə zaman geniş şəkildə tətbiq olunacağı və yeni idarəetmə panelinin istifadəçilərə nə vaxt təqdim ediləcəyi dəqiq məlum deyil. Lakin ehtimal olunur ki, reklam yayımı genişləndikcə bu funksiyanın istifadəyə verilməsi çox gecikməyəcək./Valyuta.az

Избранный
251
17
news24.az

10Источники