RU

Rusiya-Ukrayna danışıqları İstanbulda PLANLAŞDIRILIR

Rusiya ilə Ukrayna arasında danışıqların hələ də İstanbulda keçirilməsi planlaşdırılır.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.
 

“Biz hesab edirik ki, danışıqlar üçün meydan olaraq İstanbul qalır”, – Zaxarovanın sözlərini TASS sitat gətirib.


O, həmçinin qeyd edib ki, növbəti raundun vaxtı nümayəndə heyətlərinin rəhbərləri tərəfindən müəyyən olunacaq.

Bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, İstanbulda keçirilməsi nəzərdə tutulan üçüncü danışıqlar raundunun tarixi əsir mübadiləsinin başa çatmasından sonra müəyyən ediləcək.

Bizim.Media

Избранный
28
7
bizim.media

10Источники