RU

Putin İsrail-İran münaqişəsindən danışdı: Hər şey keçmişdə qaldı

BAKI, 26 iyun. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Avrasiya İqtisadi İttifaqının (Aİİ) Minskdə keçirilən sammiti çərçivəsində İsraillə İran arasında münaqişəyə münasibət bildirib.

Teleqraf xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Rusiya lideri bildirib ki, Yaxın Şərqdə vəziyyət sakitləşir.

"İsraillə İran arasında münaqişə, Allaha şükür, biz bunu keçmişdə qalmış hesab edəcəyik", - o əlavə edib.

Bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Ukrayna münaqişəsi ilə İran və İsrail ətrafındakı vəziyyət mahiyyətcə müqayisə olunmazdır.

"Münaqişənin başlanğıcı və İsrailin İrana zərbələri tamamilə səbəbsiz olub. Xüsusi hərbi əməliyyatın başlamasına gəlincə, bunun xəbərçisi hamıya yaxşı məlumdur", - Kreml sözçüsü bildirib.

Избранный
33
50
teleqraf.com

10Источники