RU

"Alov" Zavodunda partlayış baş verməyib: Nazirlikdən açıqlama - YENİLƏNİB

"Alov" Zavodunda partlayış baş verməyib: Nazirlikdən açıqlama - YENİLƏNİB

Müdafiə Sənayesi Nazirliyi "Alov" Zavodunda baş verdiyi iddia edilən partlayışla bağlı yayılan xəbərlərə münasibət bildirib.

APA-nın sorğusuna cavab olaraq Nazirliyin mətbuat xidmətindən bildirilib ki, bu məlumatlar həqiqəti əks etdirmir.

"Yayılan xəbərlər əsassızdır. "Alov" Zavodunda heç bir partlayış və ya yanğın baş verməyib", – deyə qurumdan qeyd olunub.

***

Müdafiə Sənayesi Nazirliyinin “Alov” zavodunda partlayış baş verib.

AFN.az xəbər verir ki, bu barədə Musavat.com məlumat yayıb.

Bildirilib ki, partlayış Bakı şəhərində, Kinostudiyanın köhnə pirotexnika sahəsində yerləşən “Alov” zavodunda qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti xidmətləri cəlb olunub. Əraziyə giriş məhdudlaşdırılıb, təhlükəsizlik tədbirləri görülür.

Əlavə məlumat veriləcək.

Избранный
38
14
afn.az

10Источники