RU

"Bavariya" almaniyalı hücumçunu transfer etməyə yaxındır

"Ştutqart"ın və Almaniya millisinin hücumçusu Nik Voltemade "Bavariya"ya keçməyə yaxındır.

90deqiqe.Az xəbər verir ki, futbolçu Münhen klubu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilənin şərtlərini razılaşdırıb.

İndi "Bavariya" "Ştutqart"la danışıqlar aparmağa çalışacaq.

Ötən mövsüm Voltemade bütün turnirlərdə 33 matçda iştirak edib, 17 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, oyunçunun bazar dəyəri 30 milyon avrodur.

Избранный
41
45
90deqiqe.az

10Источники