Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında funksioner kimi fəaliyyət göstərəcək.
"Football-plus.az" xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
Hacı Əliyev sərbəst güləş üzrə koordinator vəzifəsini yerinə yetirəcək.
Qeyd edək ki, veteran güləşçi 2 qat Olimpiya mükafatçısı, 3 qat dünya və 4 qat Avropa çempionu kimi tarixi nailiyyətlərə imza atıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта