“Lion” gözlənilən cəzaya məruz qalıb. Komanda Liqa 1-dən kənarlaşdırılıb.
Fransa Peşəkar Futbol Liqasının məlumatına görə, “Lion” Milli Nəzarət və İdarəetmə Direktorluğunun (DNCG) qərarı ilə maliyyə hesabatlarının pozulmasına görə Liqa 2-yə göndərilib.
Klubun maliyyə vəziyyətinin təhlili üçün DNCG-nin iclası keçirilib. Bu prosesdə “Lion”un sahibi Con Tekstor iştirak edib. Amerikalı iş adamının arqumentləri komissiya üzvlərini razı salmayıb. “Lion” rəhbərliyi qərardan apellyasiya verəcək.
Xatırladaq ki, komanda ötən mövsüm Fransa çempionatında 6-cı yeri tutmaqla Avropa Liqasına vəsiqə qazanmışdı.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта