RU

Bakıda güclü partlayış oldu Video Yenilənib

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Bakıda güclü partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Musavat.com məlumat yayıb.

Partlayışın Bakıdakı Kinostudiyanın köhnə pirotexnika sahəsindəki “Alov” zavodunda qeydə alındığı bildirilib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti xidmətləri cəlb olunub.

Əraziyə giriş məhdudlaşdırılıb, təhlükəsizlik tədbirləri görülür.

***

Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, yayılan xəbərlər həqiqətə uyğun deyil, “Alov” zavodunda hər hansı partlayış, yanğın baş verməyib.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ərazisində yanğınla müşayiət olunan partlayışın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.

Qeyd edilib ki, “Alov” zavodunda partlayış-yanğın baş verməsi barədə verilmiş məlumat həqiqətə uyğun deyil.

***

FHN partlayışla bağlı növbəti açıqlama yayıb.

Qeyd olunub ki,  görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ərazisində baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb. 

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.

***

FHN-in son məlumatına görə, yanğın qısa müddətdə söndürülüb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
3
32
qafqazinfo.az

10Источники