RU

Yanğının səbəbi dəqiqləşdirilir VİDEO

ain.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

"Bakı şəhəri Yasamal rayonu, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində yanğın olması barədə FHN-in 112 qaynar xəttinə məlumat daxil olub. 

Bunu "Unikal"a açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Taleh Babayev deyib. 

Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb: "Ərazidə baş verən yanğın hadisəsi qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. Hazırda heç bir yanğın hadisəsi yoxdur". 

Yanğının konkret hansı səbəbdən baş verdiyi dəqiqləşdirilir.

Ağarza Elçinoğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
10
11
unikal.az

10Источники