"Qarabağ"ın sabiq qapıçısı Luka Quqeşaşvili Yunanıstanın PAOK komandasına keçib.
Xezerxeber.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
25 yaşlı qolkiperlə bağlanan müqavilənin detalları açıqlanmayıb.
O, son olaraq ölkənin digər təmsilçisi "Panserraikos"da oynayıb.
Qeyd edək ki, Luka Quqeşaşvili 2022-ci ildən 2024-cü ilin yayınadək "Qarabağ"da çıxış edib.