AzVision.az xəbər verir ki, “The Hollywood Reporter” jurnalı bəstəkarın oğluna istinadən belə məlumat yayıb.
Bəstəkar “Yerinə yetirilə bilməyən missiya” serialının mövzusunu yaratmağa cəmi üç dəqiqə vaxt sərf etdiyini və verilişdən heç bir kadr görmədən onu bəstələdiyini bildirmişdi.
Ümumilikdə, Lalo şifrin filmlər və seriallar üçün 100-dən çox saundtrek yazıb. Onların arasında “Soyuqqanlı Lyuk” (1967), “Əfdahanın çıxışı” (1973), “Meymunlar planeti” (1974) və “Pik saatı” trilogiyası (1998, 2001, 2007) var. Bəstəkar altı dəfə Oskar mükafatına namizəd olub və 2018-ci ildə kinoya verdiyi görkəmli töhfəyə görə onu qazanıb.
Lalo Şifrin həmçinin dörd dəfə “Qremmi” mükafatınıalıb. 2016-cı ildə isə, bəstəkar Los-Ancelesdəki Hollivud Şöhrət Xiyabanında ulduza layiq görülüb.
Sahil İsgəndərov
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта