BAKI, 27 iyun. TELEQRAF
"Yanğın baş vermiş anbar işlək deyildi. Orada siyahıdan çıxarılmış, istifadə tarixləri bitmiş protexnik vasitələr var idi".
Bunu Teleqraf-a açıqlamasında "Azərbaycanfilm" kinostudiyasının texniki təchizat şöbəsinin müdiri Nadir Mehdiyev deyib.
O bildirib ki, yanğının hansı səbəbdən baş verməsi hələki naməlumdur.
""Azərbaycanfilm" kinostudiyasının ərazisində baş vermiş yanğın hadisənin səbəbi araşdırılır. Məsələ tam aydınlaşandan sonra məlumat veriləcək".