RU

Yeni baş məşqçi kimləri özünə köməkçi təyin etdi?

«Difai»nin yeni baş məşqçisi Araz Bağırov artıq öz korpusunu formalaşdırıb.

O, Sabir Hacıəliyev və Davud Əsgərovu I Liqa klubuna gətirib.

Hacıəliyev fiziki hazırlıq üzrə yardımçı olacaqsa, Əsgərov qapıçılarla işləyəcək. Onların hər ikisi ötən mövsüm «Səbail-2»də fəaliyyət göstərib.

A.Bağırovun digər koməkçisi Aydın Qasımov olub. Sonuncunun 3 ildir «Difai»də çalışdığını xatırladaq.

Qarabağ qazilərinin təmsilçisi yeni sükançısı ilə 3 illik müqavilə bağlayıb. Onun qarşısına rəqabətədavamlı komanda formalaşdırmaq məqsədi qoyulub.

"SPORTİNFO.AZ

Избранный
37
1
sportinfo.az

10Источники