RU

SON DƏQİQƏ! Oqtay Əhmədov vəfat etdi 

Birinci Qarabağ müharibəsi veteranı, Bakı şəhər 67 nömrəli tam orta məktəbin Gənclərin Çağrışaqədərki Hazırlığı üzrə Hərbi Rəhbəri Oktay Əsgər oğlu Əhmədov qəfil dünyasını dəyişib.

 

Referans.az publika.az-a istinadən xəbər verir ki, 55 yaşlı müəllim 9 dekabr gecə 23:30 radələrində qəflətən vəfat edib.

 

Qeyd edək ki, O.Əhmədov 1991-2002-ci illərdə Ordu sıralarında xidmət edib.

 

O, Xocavənd rayonu Qaradağlı kəndində, Ağdam rayonunda, Daşaltı əməliyyatında Kəlbəcər-Ağdərə, Murovdağ, Fizuli, Gədəbəy rayonlarında gedən döyüşlərdə iştirak edib.

 

2002-ci ildə tərxis olunub. 2004-cü ildən 67 saylı tam orta məktəbdə Gənclərin Çağrışaqədərki Hazırlığı üzrə Hərbi Rəhbər vəzifəsində işləməyə başlayıb.


Избранный
414
30
oxu.az

10Источники