RU

“Nənələr” folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi

LƏNKƏRAN, 27 iyul. TELEQRAF

Lənkəranın məşhur “Nənələr” folklor qrupunun 89 yaşlı üzvü vəfat edib

Teleqrafın cənub bölgə müxbirinin verdiyi məlumata görə, Lənkəranda tanınmış “Nənələr” folklor qrupunun yaşlı üzvlərindən biri – 1936-cı il təvəllüdlü Xanımbacı Quliyeva bu gün günorta saatlarında dünyasını dəyişib.

Xanımbacı Quliyeva bir zamanlar “Bacılar” adı ilə fəaliyyətə başlayan folklor qrupunun ilk yaradıcılarından biri olub. Onun milli mədəniyyətin qorunması və yaşadılması istiqamətindəki fəaliyyətləri uzun illər bölgə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb.

Mərhum bir neçə dəfə ümummilli lider Heydər Əliyevlə də görüşüb. Məhz bu görüşlərin birində Heydər Əliyev folklor kollektivinin adının “Nənələr” olaraq dəyişdirilməsini təklif edib və bu ad sonradan rəsmi olaraq qəbul edilib.

Xanımbacı Quliyeva doğulduğu Separadi kəndində torpağa tapşırılacaq. Onun vəfatı bölgənin mədəni həyatında böyük itki kimi qiymətləndirilir.

Избранный
12
2
teleqraf.com

1Источники