RU

Antalyada baş verən meşə yanğınlarından biri nəzarətə götürülüb YENİLƏNİB

Bakivaxti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyənin Antalya vilayətində bu gün səhər saatlarında baş verən iki ayrı meşə yanğınından biri - Aksu rayonundakı yanğın nəzarət altına alınıb. Alanya rayonunda davam edən digər yanğının söndürülməsi istiqamətində isə həm havadan, həm də qurudan müdaxilə tədbirləri davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, Aksuda başlayan yanğın yaxınlıqdakı əkin sahələrinə də keçib. Lakin yanğınsöndürmə qruplarının vaxtında müdaxiləsi sayəsində alovun istixanalar və yaşayış evlərinə keçməsinin qarşısı alınıb və yanğın nəzarətə götürülüb.

Hazırda ərazidə soyutma işləri davam etdirilir. Əməliyyatlara Aksu Rayon Jandarm Komandanlığı və Antalya Vilayət Jandarm Komandanlığının əməkdaşları da cəlb olunublar.

İlkin məlumatlara əsasən, yanğın nəticəsində bir hektar meşə sahəsi zərər görüb.

***

12:58

Türkiyənin Antalya vilayətinin Alanya və Aksu rayonlarında meşə yanğınları qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Anadolu" Agentliyi xəbər yayıb.

Bildirilib ki, hadisə barədə məlumat daxil olan kimi, Antalya Meşə Təsərrüfatı Regional İdarəsinin yanğınsöndürmə qrupları dərhal ərazilərə cəlb olunub. Quru yolla yanaşı, hava vasitələri - helikopterlər və təyyarələr də yanğınsöndürmə əməliyyatlarına qoşulub.

Hazırda təbii fəlakətə müdaxilə davam etdirilir.

Hadisənin başvermə səbəbi ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
13
1
bakivaxti.az

2Источники