RU

Mədə ağrısı ilə xəstəxanaya getdi: 1 saat sonra uşaq dünyaya gətirdi

Çinin Hubei əyalətində mədə ağrısı şikayəti ilə xəstəxanaya gedən qadın uşaq dünyaya gətirib.

Referans xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.

Bildirilib ki, Li adlı qadın nahardan sonra qarın ağrısı hiss edib və bunu çox yeməklə əlaqələndirib. Ağrı keçmədiyindən velosipedi ilə təkbaşına xəstəxanaya gedib.

Yoxlanış zamanı doğuş sancıları başlayıb və 1 saat sonra təbii doğuşla oğlan uşağı dünyaya gətirib.

Li hamilə olduğunu bilmədiyini söyləyib.  

Избранный
15
1
referans.az

10Источники