RU

Qvadelupa millisinin futbolçusu “Sabah”da

“Sabah” heyətini Qvadelupa yığmasının futbolçusu Stiv Solvetlə gücləndirib.

Msport.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

“Bayquşlar” onunla 2 illik müqavilə bağlayıb.

Solvet karyerası ərzində Fransanın “Strasburq B” (2014–2018), “Dijon B” (2018–2019), “Berjerak” (2019–2020), “Set” (2020–2022), “Orlean” (2022–2024) və “Martiq” (2024–2025) klublarının formasını geyinib.

Qvadelupa yığmasının üzvü olan Stiv Solvet millidə 13 oyunda 2 qola imza atıb.

Избранный
22
32
msport.az

10Источники