RU

İran Prezidenti Ermənistana səfərə hazırlaşır

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

İran Prezidenti Məsud Pezeşkianın Ermənistana səfəri yayın sonuna qədər baş tuta bilər.

“Report” xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sübhani bildirib.

Onun sözlərinə görə, hazırda prezidentin Ermənistana səfərinin təşkili istiqamətində iş aparılır.

"Mən hazırkı gərgin vəziyyətdə belə səfərə hazırlığı müzakirə etmək üçün XİN və səlahiyyətli qurumların nümayəndələri ilə görüşdüm. Biz bu səfər zamanı imzalana biləcək sənədlərin siyahısını mübadilə etdik. Həmçinin prezidentin səfəri zamanı planlaşdırılan bütün proqramları müzakirə edirik. Mümkün olduğu təqdirdə səfər yayda təşkil olunacaq. Müharibənin olub-olmayacağından asılı olmayaraq, həyat davam edir", - diplomat əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
11
29
azpolitika.info

10Источники