Adil Şükürovu baş məşqçi postuna qayıtaran "Kəpəz" ikinci legioner transferini bitirib.
"Sarı-göylər" "Boavişta"nın mərkəz müdafiəçisi Pedro Qomes Azərbaycana gəlməyə razı salıb.
22 yaşlı stopperlə 1 illik müqavilə imzalanıb.
Qomeş 2024/25 mövsümündə "Boavişta"nın heyətində 21 oyuna çıxıb. O, karyerası ərzində ilk dəfə legioner həyatı yaşayacaq.
Gəncə təmsilçisi ondan öncə Vasilije Terziclə birillik müqavilə imzalayıb.
Monteneqrolu yarımmüdafiəçi 40 min dollar qarşılığında bu təklifə «ok» deyib.
26 yaşlı orta sahə oyunçusunun son klubu "Otrant- Olimpik" olub.
Başa çatan mövsümdə Monteneqro çempionatında 13 oyuna çıxmış Terzic karyerası ərzində vətənində "Buduçnost"un, Bosniya və Herseqovinada isə "Boras"ın formasını geyinib.
SPORTİNFO.AZ