RU

Turistləri daşıyan mikroavtobus aşdı - Yaralananlar var

Qusar rayonunda yol qəzası baş verib.

Moderator.az xəbər verir ki, Qusar-Şahdağ avtomobil yolunda hərəkətdə olan mikroavtobus rayonun Çiləgir kəndi ərazisində yoldan çıxaraq aşıb.

İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər Azərbaycan, 5 nəfər isə Pakistan vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.

Избранный
15
19
moderator.az

10Источники