RU

"Whatsapp"dan daha bir yenilik: Oxunmamış mesajlarla bağlı

"WhatsApp"da yeni funksiya işə düşüb.

Publika.az fed.az-a istinadən xəbər verir ki, "Message Summaries" adlı yeni funksiya istifadəçinin oxunmamış mesajlarının qısa xülasəsini hazırlayacaq.

Nəticədə istifadəçi hansısa səbəbdən, məsələn, uçuşda olduğuna görə çoxlu sayda mesajı qaçırıbsa və ya sadəcə onları oxumağa vaxtı olmayıbsa, mesajları mesajı oxumadan bir neçə saniyə ərzində onların məzmununu anlaya biləcək.

Yeni funksiya süni intellektə əsaslanır. Yəni mesajların qısa mövzusu "Private Processing" texnologiyasından istifadə etməklə yaradılır. Yeri gəlmişkən, mesajı göndərən tərəf də bilməyəcək ki, telefonun sahibi bu funksiyadan istifadə edib.

Избранный
12
3
publika.az

4Источники