Bakı, 27 iyun, AZƏRTAC
Kamran Məmmədov yenidən “Sabah”da!
Azərbaycan basketbolu tarixində ilk dəfə ölkəmizi FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə təmsil edəcək “Sabah” mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan çempionu Kamran Məmmədovla 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, K. Məmmədov 2022/2023-cü illər mövsümündə “Sabah”la Azərbaycan Basketbol Liqasının qalibi olub.