RU

“Nazirlik imtahan keçirə bilmir, amma müavinin başına sığal çəkir”

Elm və Təhsil Nazirliyi imtahan keçirə bilmir. Riyaziyyat Olimpiadasında keçirilən imtahanda 30 sualın 9-u səhv tərtib olunmuşdu. Bu “uğurlu işə görə” Fuad Qarayevin (Təhsil İnstitutunda yeni direktor müavini) başına sığal çəkildi. Qrant layilərinə ayrılan milyonlarla manat vəsaitin effekti yoxdur.

Yenisabah.az xəbər verir ki, bunu sabiq deputat Etibar Əliyev bildirib.

O qeyd edib ki, təhsilin idarə olunması bərbad vəziyyətdədir:

“Orta məktəb təhsili repetitorlara təslim edilib. Məktəb direktorları məktəbə gəlir gətirən obyekt kimi baxırlar. Müəllim və alim nazir tərəfindən mütəmadi olaraq aşağılanır. Azərbaycanın əleyhinə olan qüvvələrə yaxınlığı ilə seçilən təşkilatın üzvlərinə milyonlara manat vəsat ayrılir. Təhsil sahəsinə heç bir aidiyyatı olmayan şəxslərə yüksək vəzifələr verilir”.


Telegram kanalımız
Избранный
22
yenisabah.az

1Источники