Bu gün Rusiyanın Yekaterenburq şəhərində azərbaycanlı Səfərov Ziyəddin Mehdi oğlu döyülərək öldürülüb.Metbuat.az xəbər verir ki, bu barədə Teleqraf-a onun yaxınları məlumat verib Bildirilir ki, OMON (xüsusi təyinatlı milis dəstəsi - red) üzvləri azərbaycanlıların evinə basqın edib.Z.Səfərov öldürülüb, onun qardaşından isə xəbər yoxdur.Qeyd edək ki, Səfərov Ziyəddin tanınmış ədəbiyatşünas Seyfəddin Hüseynlinin qardaşıdır.Seyfəddin Hüseynli Azərbaycan Yazıçılar Birliyinin "Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru, "525-ci qəzet"in ədəbiyyat, mədəniyyət və təhsil sahələri üzrə baş redaktor müavinidir.