RU

Rusiyada OMON iki azərbaycanlı qardaşı öldürdü

Bu gün Rusiyanın Yekaterinburq şəhərində OMON dəstəsi Ziyəddin və Hüseyn Səfərovların evinə basqın edib.

Azreform.info xəbər verir ki, bu barədə APA-ya Səfərovların qardaşı Seyfəddin Hüseynli məlumat verib.

"İki qardaşımı da işgəncə ilə öldürüblər" deyə Seyfəddin Hüseynli bildirib.

Onun sözlərinə görə, 25 il bundan əvvəl olan naməlum cinayət hadisəsinə görə kütləvi həbslər başlayıb.

"İki qardaşım öldürülüb, heç nə demədən evlərə basqın ediblər. Ailəni, evdə yaşayan insanları kütləvi həbs ediblər. Qardaşlarımı da işgəncə ilə öldürüblər".

Избранный
52
14
azreform.info

10Источники