RU

Hitrou hava limanı gəlir proqnozunu 5 milyard dollara yaxın artırıb

Azertag saytına istinadən ain.az xəbər verir.

London, 28 iyun, AZƏRTAC

Britaniyanın ən böyük və Avropanın bir o qədər işlək hava limanı olan Hitrou illik gəlir proqnozunu artırıb.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, Hitrou 2025-ci ildə 3,61 milyard funt sterlinq (təxminən 4,96 milyard ABŞ dolları) gəlir əldə etməyi planlaşdırır. Bu, təxminən 3 faizlik artımdır. Bildirilib ki, buna səbəb uzaq məsafəli uçuşlara olan yüksək tələbat və istirahət məqsədli səyahətlərin artmasıdır. Həmçinin, inflyasiyanın və gündəlik xərclərin azalması səyahət tələbatının bərpasına təkan verib.

Şirkət gələcəkdə sərnişin sayının artacağı, eləcə də birbaşa reyslərin sayının çoxalması ilə əlavə tələbatın yaranacağını gözləyir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
25
4
azertag.az

6Источники