''Trabzonspor'' rəhbərliyi fanatların arzusunu həyata keçirmək və hücumçu problemini yoluna qoymaq üzrədi.
"Football-plus.az" xəbər verir ki, Trabzon təmsilçisi uzun müddətdi, heyətinə qatmaq istədiyi Pol Onuaçu və onun klubu ''Sauthempton'' ilə anlaşma əldə edib.
Türkiyə mənbələrinin iddiasına görə 31 yaşlı forvard bazar ertəsi Türkiyəyə gələcək və son detalları razılaşdırdıqdan sonra üçillik müqaviləyə imza atacaq.
Qeyd edək ki, daha öncə ''Midtyullan'', ''Velye'', ''Genk''də forma geymiş Onuaçu 2023-ün yanvarında ''Sauthempton''a transfer olunub. 201 sm boya malik olan futbolçu 2023/24 mövsümünü icarə əsasında ''Trabzonspor''da keçirmiş və məhz həmin vaxt oyunu ilə diqqət çəkərək fanatların rəğbətini qazanmışdı. Onuaçu həmin mövsüm 26 rəsmi oyuna 17 qol vurmuş və yenidən İngiltərəyə qayıtmalı olmuşdu. Son 1 ildə qaradənizlilər onu daimi əsasda transfer edə və Trabzona qaytara bilmək üçün dəfələrlə cəhd göstərmişdi.
Göründüyü kimi bu keçid yalnız indi baş tutmaq üzrədi. Onuaçu ötən mövsüm premyer-liqada sonuncu pilləni tutan ''Sauthempton''da 28 rəsmi oyuna çıxaraq cəmi 4 qol vura bildi.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта