RU

Bu il Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 523 milyon dollar olub

Bakı. Trend:

Cari ilin ilk beş ayında Gürcüstan ilə Azərbaycan arasındaticarət dövriyyəsinin həcmi 523 milyon dollar təşkil edib.

Trend xəbər verir ki, bubarədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, bu ilin yanvar-may ayları ərzində AzərbaycanGürcüstanın ümumi ticarət dövriyyəsində 5,3 faiz paya malik olub.Bununla da ölkəmiz Türkiyə, ABŞ, Rusiya, Çin və Qırğızıstandansonra Gürcüstanın 6-cı ticarət tərəfdaşı olub.

Hesabat dövründə Gürcüstandan Azərbaycana 282,3 milyon dollardəyərində məhsul ixrac edilib ki, bu da 2024-cü ilin eyni dövrü iləmüqayisədə 12,4 faiz çoxdur.

Azərbaycan Gürcüstanın ixracında 10,9 faiz payla qonşu ölkəninəsas ixrac tərəfdaşları arasında Qırğızıstan və Qazaxıstandan sonra3-cü yerdə qərarlaşıb.

Gürcüstan Azərbaycandan idxal etdiyi məhsulların ümumi qiyməti2,7 faiz azalaraq 240,6 milyon dollar təşkil edib. Azərbaycan qonşuölkənin idxalında 3,3 paya malik olub və bu göstərici ilə ABŞ,Türkiyə, Rusiya, Çin, Böyük Britaniya və Almaniyadan sonra 6-cıyerdə qərarlaşıb.

Yanvar-mayda Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumidəyəri 9,79 milyard dollara bərabər olub ki, bu da ötən ilinanaloji dövrü ilə müqayisədə 13,3 faiz çoxdur.

Избранный
14
18
az.trend.az

10Источники