RU

Azərbaycanda özündən böyük kişilərlə evlənən qızların sayı çoxalır - Video

18 yaşlı qızlar 60 yaşlı kişilərlə evlənib.

Publika.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, son üç ildə 6 nəfər 18-29 yaşda gəlin 60 və yuxarı yaşda bəylə rəsmi nikaha daxil olub.

Sosioloqlar bildirirlər ki, son zamanlarda xanımların özlərindən yaşca çox böyük olan bəylərlə münasibət qurmaq istəyi artır.

Sosioloq Üzeyir Şəfiyev "Xəzər Xəbər"ə bildirib ki, qızları buna vadar edən bir çox hallarda psixoloji problemlər olur. Ailəsində hər hansı çətinlik yaşayan xanım hesab edir ki, özündən çox böyük biri ilə evlənsə, xoşbəxt olacaq.

Sosioloqlar bildirirlər ki, hər kəsin öz yaş kateqoriyasına uyğun biri ilə ailə həyatı qurması daha məqsədəuyğundur.

Избранный
19
22
publika.az

10Источники