RU

37 illik nüvə sazişi ləğv edildi

ain.az, Unikal.az portalına istinadən məlumat verir.

Rusiya İsveçlə nüvə qurğuları haqqında məlumat mübadiləsi və baş verə biləcək qəzalar barədə bildiriş haqqında müqaviləni dayandırıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

1988-ci ildə SSRİ ilə İsveç arasında bağlanmış müqavilə texniki məlumatların müntəzəm mübadiləsini və transsərhəd nəticələrə səbəb ola biləcək radiasiya təhlükəsi zamanı tərəfdaşı xəbərdar etmək öhdəliyini nəzərdə tuturdu. Müqaviləni ləğv etmək qərarı Rusiya və Aİ ölkələri arasında mülki nüvə təhlükəsizliyi sahəsində təmasların davam edən məhdudlaşdırılması fonunda verilib. 

Rusiya İsveç Krallığı ilə nüvə insidentləri zamanı əməkdaşlıq və dinc nüvə qurğuları haqqında məlumat mübadiləsinə dair sazişi ləğv etməsi barədə müvafiq sərəncamı baş nazir Mixail Mişustin imzalayıb.

Müqavilə SSRİ ilə İsveç arasında 1988-ci il yanvarın 13-də Stokholmda bağlanıb və həmin il aprelin 3-də qüvvəyə minib.O, nüvə qəzaları barədə tərəflərin operativ məlumatlandırılmasını və nüvə enerjisindən dinc məqsədlər üçün istifadə edən qurğuların istismarına dair illik məlumat mübadiləsini nəzərdə tuturdu.

Müqavilənin ləğv edilməsinin səbəbləri göstərilmir. Ekspertlərin fikrincə, qərar Rusiya ilə Aİ ölkələri arasında qarşılıqlı fəaliyyət səviyyəsinin ümumi azalması, eləcə də dinc nüvə enerjisi sahəsində əməkdaşlığın məhdudlaşdırılması kontekstində illik məlumat mübadiləsinin praktik əhəmiyyətini itirməsi ilə bağlı ola bilər.

Ağarza Elçinoğlu 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
13
1
unikal.az

2Источники