"Sabah" basketbol klubu heyətinə yeni oyunçu cəlb edib.

Offsideplus.az xəbər verir ki, "bayquşlar" "Neftçi"dən Kamran Məmmədovu sıralarına qatıb. Azərbaycan milli komandasının üzvü ilə 2 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, "Sabah" Azərbaycan basketbolu tarixində ilk dəfə ölkəmizi FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə təmsil edəcək. 

Kamran Məmmədov 2022/2023 mövsümdə “Sabah”la Azərbaycan Basketbol Liqasının qalibi olub, "Neftçi" ilə Azərbaycan Kubokuna sahib çıxıb.