Sirkə turşusundan zəhərlənmə diaqnozu ilə bir nəfər (qadın cinsli) şəxs Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya edilib.Metbuat.az xəbər verir ki, bu barədə Teleqraf - ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Bildirilib ki, həmin şəxsə ilkin tibbi yardım göstərilib, vəziyyəti ağırdır. Müalicəsi Reanimasiya şəraitində davam etdirilir.Qeyd edək ki, Gəncə şəhər sakini, 1975-ci il təvəllüdlü İradə Məhərrəmova zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Məlumata görə 50 yaşlı qadın bankada olan sirkə turşusunu su bilərək içib.