"Sabah" klubu futbolçusu Vinsent Till ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, ıüksemburqlu yarımmüdafiəçinin mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.

Qeyd edək ki, Till 2023-cü ildən etibarən “Sabah”ın uğurları üçün çalışırdı. O, Masazır təmsilçisinin heyətində 35 oyuna çıxaraq 3 qol vurub.