RU

Məşhur müğənninin qanında NARKOTİK AŞKARLANDI

Ajans.az xəbər verir ki, müğənni Arzuxanım Həsənova ötən gün Qara Qarayev ərazisində hüquq-mühafizə orqanları tərəfindən tutularaq Xətai rayon Polis bölməsinə gətirilib.  Müğənni Arzuxanım Həsənova RTV  Youtube kanalında mövzunu işıqlandırıb. O, söyləyib ki, 57 yaşlı imkanlı iş adamı Savalan Cəfərov ilə bir ilə yaxın münasibətləri olub. Lakin sonradan müğənni Savalan Cəfərovun ona qarşı hisslərini qəbul etməyib. Nəticədə aralarında bir müddət davam edən şəxsi problemlər yaşanıb. Savalan Cəfərov da bu səbəbdən müğənnini xalqın gözündən salmaq üçün şantaja əl atıb.  Toylarının çox olması müğənnidə gərginlik yaratdığından münasibəti olduğu iş adamı ona “sakitləşdirici” adı altında narkotik maddə məsləhət görüb.  Arzuxanım Həsənova da dərmanı araşdırmadan qəbul edib. Bir neçə gün qəbul etdiyini bildirən müğənninin qanından yoxlamadan sonra narkotik aşkar edilib.  Haqqında deyilən fikirlərə cavab olaraq “Bizimləsən”-ə bağlanan iş adamı Savalan Cəfərov hazırda ölkədə olmadığını və 20 gündən sonra qayıdıb məsələyə aydınlıq gətirəcəyini bildirib.  Qeyd edək ki, iş adamı daha əvvəl də müğənniyə 200 min ABŞ dolları xərclədiyini iddia etmişdi. Müğənni isə bunun da şantaj olduğunu söyləyib.

Избранный
22
Ajans.az

1Источники