RU

Heydər Əliyev adına Hərbi İnstitutun buraxılış mərasimi keçirildi

İyunun 28-də Heydər Əliyev adına Hərbi İnstitutun növbəti buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, mərasimdə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti, müəllimlər, məzunlar, valideynlər, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hərbi institutun ərazisində ucaldılan abidəsi, eləcə də institutun Vətən müharibəsində şəhid olan hərbi qulluqçularının Xatirə kompleksi ziyarət olunub, qarşısına qızılgüllər düzülərək xatirələri hörmətlə yad edilib.

Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Heydər Əliyev adına Hərbi İnstitutun Döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirilib.

Tədbirdə general-polkovnik Zakir Həsənov çıxış edərək mərasim iştirakçılarını təbrik edib, onlara xalqımıza, dövlətimizə, qalib Ordumuza və Ali Baş Komandanımıza layiqli zabit olmağı arzulayıb.

Gənc zabitlər də öz növbəsində onlara göstərilən etimadı doğruldacaqlarına, Vətənə, dövlətə və xalqa layiqincə xidmət edəcəklərinə, hərbçi şərəfini hər zaman uca tutacaqlarına söz veriblər.

Избранный
13
18
publika.az

10Источники