RU

Qızıl ucuzlaşdı: Son qiymətlər açıqlandı

ain.az bildirir, Yenisabah portalına istinadən.

Bu həftə dünya qızıl bazarında qiymətlər ucuzlaşıb. Beynəlxalq hərraclarda qızılın 1 unsiyası 27 iyun tarixinə $3,273.67 səviyyəsinə düşüb. Bu, gün ərzində 1,65% eniş deməkdir.

Ekspertlərin sözlərinə görə, qiymətlərin azalmasına əsas səbəb ABŞ dollarının zəifləməsi və geosiyasi gərginliyin səngiməsidir. Bundan əlavə, investorların riskli aktivlərə marağı qızılın dəyərinə təsir edib.

Azərbaycan bazarında da qiymətlər geriləyib. Hazırda 24 karat qızılın 1 qramı ₼178-179, 22 karatın isə ₼164 manata təklif olunur. 1 tola qızılın qiyməti isə ₼2,084-2,087 aralığında dəyişir.

Qeyd edək ki, həftə ərzində yerli bazarda qızıl təxminən 2,5-3% ucuzlaşıb.

Rəvan Rzazadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
7
13
yenisabah.az

10Источники