RU

Sabir Rüstəmxanlı əməliyyat olundu


Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, keçmiş deputat, Xalq şairi Sabir Rüstəmxanlı Türkiyənin Ankara şəhərində uroloji əməliyyat olunub.

News24.az xəbər verir ki, bunu o, sosial şəbəkə hesabında yazıb.

79 yaşlı S.Rüstəmxanlının sözlərinə görə, əməliyyat uğurlu keçib.

VHP sədri bildirib ki, onu dostu, tanınmış türkiyəli cərrah Lütfi Tunç əməliyyat edib: “Öz kəşfi olan “Omeqa Tunç texnikası”nı mənə izlətdirərək, əməliyyat etdi. İki gün sonra, iyinun 27- də xəstəxanadan çıxdım. Ankarada və xəstəxanada olduğum müddətdə davamlı olaraq Lütfi bəyin, onun həkim dostlarının və komandasının təmənnasız diqqət və qayğısını hiss etdim”.


Избранный
10
4
news24.az

6Источники