RU

“İndi istirahətdəyəm, vaxtı çatanda qərar verəcəyik” Vüqar Nadirov “Şəmkir”dən ayrılıb?

ain.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

“Hypers Quba”nın yaranmasında, inkişafında böyük rolu olan Vüqar Nadirov “Şəmkir”in “sükanı arxasına” keçəndə bu klubla bağlı böyük planlarının olduğunu demişdi. İndi də onun 2-ci liqada son mövsümü 5-ci yerdə başa vuran “Şəmkir”dən ayrıldığı deyilir. Bu məsələni əvvəlcə gənc mütəxəssislə dəqiqləşdirməyə çalışdıq. Ancaq telefon zənglərinə cavab vermədiyindən klub prezidenti Vüsal Məmmədovla əlaqə saxladıq:

“İndi istirahətdəyəm, vaxtı çatanda qərar verəcəyik. Hələ ki Vüqar Nadirov məşqçimizdi”.

MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
8
1
icma.az

2Источники