RU

Tramp: "İran son ana qədər bundan xəbərsiz idi"

"Biz onlara çox xəbərdarlıq etmədik, onlar son ana qədər gələcəyimizi bilmədilər".

Publika.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İranın nüvə obyektlərinə hücumdan danışarkən deyib.

Amerika lideri bir daha əmin olduğunu bildirib ki, Tehran öz nüvə obyektlərindən uran ehtiyatlarını əvvəlcədən çıxara bilməzdi.

"Heç kim ABŞ-nin Fordodakı nüvə obyektinə hücum edəcəyini təsəvvür edə bilməzdi, çünki hamı onun keçilməz obyekt olduğunu deyirdi”, - Tramp qeyd edib.

Избранный
25
12
publika.az

10Источники