Dünya çempionu Pol Poqba bu gün "Monako" klubu ilə müqavilə bağlayarkən göz yaşlarını saxlaya bilməyib.
Offsideplus.az xəbər verir ki, fransız yarımmüdafiəçi dopinq istifadə etdiyinə 11 sentyabr 2023-cü ildən etibarən böyük futboldan uzaq qalmışdı.
O, əvvəlcə 4 illiyə diskvalifikasiya edilsə də, sonradan cəzası 18 ay endirilib.
32 yaşlı futbolçunun məxsus olduğu "Yuventus" klubu onunla müqaviləyə ötən ilin noyabrında xitam verib.
Bu il martın 11-də cəzası başa çatan Poqba 22 aylıq fasilədən sonra yaşıl meydançalara qayıdacaq.
"Monako" ilə 2 illik müqaviləyə imza atan futbolçunun aylıq maaşı 320 min avro olacaq.