ABŞ Ukraynadakı münaqişənin diplomatik yolla nizamlanması üzərində işləməyə diqqət yetirir.
Axar.az xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus deyib.
"Diplomatiya davam edir, danışıqlar davam edir və biz həmişə olduğu kimi, əlbəttə ki, buna diqqət yetiririk", - Bryus söyləyib.