RU

“Neftçi” yeni transfer reallaşdırdı

“Neftçi” daha bir futbolçunun keçidini rəsmiləşdirib. 


Manset.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb. 

"Ağ-qaralar" Murad Xaçayevlə anlaşıb. 27 yaşlı müdafiəçi ilə 2 illik müqavilə bağlanıb.

Donetsk “Şaxtyor”unun yetirməsi olan Xaçayevin sonuncu klubu “Sumqayıt” (2019-2025) olub. O, Sumqayıt təmsilçisində Samir Abasovun rəhbərliyi altında da oynayıb. 

Murad milli komandamızın heyətində 1 oyun keçirib.

Избранный
15
30
manset.az

10Источники