RU

“Volkswagen” təhlükəli qüsura görə 16 500 avtomobili geri çağırır

Bakı. Trend:

Almaniyanın “Volkswagen” şirkəti hava yastığındakı təhlükəliqüsura görə 16 min 500 avtomobili geri çağırır.

Trend-in “Spiegel”qəzetinə istinadən verdiyi məlumata görə, nasazlıq şirkətin daimikeyfiyyət yoxlamaları zamanı bir təchizatçının təqdim etdiyiməlumat əsasında aşkarlanıb. Geri çağırılma profilaktik tədbir kimihəyata keçirilir.

Qüsur hava yastığının qaz generatorunda qeydə alınıb və buproblem aşağıdakı modellərdə aşkarlanıb:
“Polo”, “Passat”, “Taigo”, “ID.7”, “ID.7 Tourer” və “ID.Buzz”.

Şirkətin açıqlamasında bildirilib ki, qəza zamanı sözügedənhissənin partlaması və içərisindəki komponentlərin sərnişinlərəağır və ya hətta ölümcül xəsarətlər yetirməsi ehtimalımövcuddur.

Avtomobil sahibləri “Volkswagen” tərəfindənməlumatlandırıldıqdan sonra rəsmi dilerlərlə əlaqə saxlayaraqnəqliyyat vasitələrini texniki baxışa aparmalıdırlar. Təmir zamanıön hava yastığının deaktiv ediləcəyi və bu səbəbdən ön sərnişinoturacağından istifadə edilməməsi tövsiyə olunub.

Избранный
24
7
az.trend.az

10Источники