RU

Şimali Koreyanın birinci xanımı 17 aydan sonra ictimaiyyət qarşısına çıxdı

BAKI, 29 iyun. TELEQRAF

Şimali Koreyanın birinci xanımı Ri Sol Cu 2023-cü ildən bəri ilk dəfə ictimaiyyət qarşısında görüntülənib.

Teleqraf xəbər verir ki, bu barədə “The South China Morning Post” nəşri məlumat yayıb.

Məlumata görə, Şimali Koreya lideri Kim Çen Inın həyat yoldaşı ölkənin şərq sahilində turizm zonasının açılışında fotosessiyaya çəkilib. O, tədbirdə əri və qızı ilə birlikdə olub və “Gucci” çantası ilə görüntülənib.

Xəbərdə qeyd olunur ki, birinci xanımın 17 aydan sonra yenidən görünməsi Koreya liderinin ideal sosialist ailəsi obrazını yaratmaq cəhdi sayıla bilər.

Избранный
27
2
teleqraf.com

3Источники