RU

Kitabımız Kembric Universitetin kitabxanasında yer alıb

Azərbaycan və türk dünyasının milli musiqi alətləri və musiqi mədəniyyəti ilə bağlı kitab artıq dünyanın ən nüfuzlu ali təhsil ocaqlarından biri olan Kembric Universitetinin əsas kitabxanasında yer alıb.

AzEdu.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu dəyərli nəşr Kembric Universitetində magistratura təhsili alan azərbaycanlı tələbə Anar Ağayev tərəfindən kitabxanaya təqdim olunub.

Musiqi alətləri və onların tarixi-mədəni əhəmiyyətini əhatə edən bu kitab Azərbaycanın və ümumilikdə türk dünyasının mədəni irsinin öyrənilməsi baxımından beynəlxalq elmi ictimaiyyət üçün mühüm mənbə rolunu oynayacaq.

Bu təşəbbüs Azərbaycanın mədəni irsinin dünyada tanıdılması istiqamətində atılan növbəti addım kimi qiymətləndirilir.

Избранный
2
1
azedu.az

2Источники