RU

ABŞ və İran nüvə sazişi üzrə danışıqları bərpa edəcək

ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff yaxın vaxtlarda İranla nüvə proqramı ilə bağlı danışıqlar aparacaq.

Demokrat.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Mənbənin sözlərinə görə, ABŞ tərəfi sanksiyaların yumşaldılması müqabilində Tehrana uranın zənginləşdirilməsindən imtina etməyi təklif edəcək.

İyunun 13-də İsrailin İranın nüvə və müdafiə obyektlərinə zərbələr endirdiyi əməliyyatdan sonra ABŞ və İran arasında danışıqlar prosesi kəsilib. Yalnız iyunun 24-də əldə olunan atəşkəs razılaşmasından sonra gərginlik azalıb.

Избранный
15
1
demokrat.az

4Источники