RU

“Volkswagen” təhlükəli qüsura görə bu modellərini geri çağırır

Almaniyanın “Volkswagen” şirkəti hava yastığındakı təhlükəli qüsura görə 16 min 500 avtomobili geri çağırır.

“Spiegel” qəzetinin verdiyi məlumata görə, nasazlıq şirkətin daimi keyfiyyət yoxlamaları zamanı bir təchizatçının təqdim etdiyi məlumat əsasında aşkarlanıb. Geri çağırılma profilaktik tədbir kimi həyata keçirilir.

Qüsur hava yastığının qaz generatorunda qeydə alınıb və bu problem aşağıdakı modellərdə aşkarlanıb:
“Polo”, “Passat”, “Taigo”, “ID.7”, “ID.7 Tourer” və “ID.Buzz”.

Избранный
15
3
azpost.info

10Источники